"Xəzər" Qubaya köçür? VİDEO

12:12 - 30 Aprel 2018

"Xəzər" I Divizionun 25-ci turunda "Qaradağ Lökbatan"a qalib gələrək liderliyi ələ keçirib.

 

Sportal.az xəbər verir ki, "CBC Sport" kanalında "Bizim futbol" proqramında divizionun hesabat turu haqda müzakirələr olub. Verilişin aparıcısı Şəmsəddin Abbasovun qonaqları millimizin və "Keşlə"nin qolkiperi Kamran Ağayev və futbol mütəxəssisi Aslan Kərimov olublar.

 

Verilişdə "Xəzər"in Qubanı təmsil edəcəyi haqda müzakirələr olub. Bu barədə "Xəzər"in baş məşqçisi Elşad Əhmədov və klubun icraçı direktoru Emin Abbasov kanala açıqlama veriblər.

 

Həmin verilişdən hazırlanmış videonu təqdim edirik. 

 

 

 

Xəbər xətti