"Neftçi"ni "Keşlə" dayandırdı

13:15 - 30 Aprel 2018

“Neftçi”nin Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 

 

Sportal.az xəbər verir ki, Bakı təmsilçisi 25-ci turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub. “Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə 16-cı turun fevralın 17-də keçirilən “Sumqayıt”la matçından xalsız ayrılmışdı - 0:2.

 

70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.

Xəbər xətti