İranda qadınlar stadiona kişi qiyafətində daxil oldular

16:58 - 30 Aprel 2018

İranda qadınların stadiona girişi qadağa olsa da, xaınmlar bunun çıxış yolunu tapıblar.

 

Sportal.az xəbər verir ki, zərif cinsin nümayəndələri "Persepolis"in çempionluq oyununu stadionda izləmək üçün maraqlı addım atıblar. Xanımlar kişi qiyafətində tribunalara getməyi bacarıblar. Bığ, saqqal qoyan qadınlar kişi paltarı geyməklə polisin nəzarətindən yayınmağı bacarıblar. Xanım azarkeşlərin fotoları sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

 

Qeyd edək ki, "Persepolis" "Sepidrood"u 3:0 hesabı ilə məğlub edərək çempion olub.

 

Əlavə edək ki, İranda bir çox idman saraylarına qadınların girişinə qəti şəkildə qadağa qoyulub. Səudiyyə Ərəbistanıda isə bu qadağa ötən il götürülüb.

Xəbər xətti