Əvəzedicilərin yarışında 25-ci tura yekun vuruldu

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 25-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə “Sumqayıt” "Səbail"i qəbul edib. Qonaqlar bu oyunda qalib gələrək vahid liderə çevrilə bilərdilər. Lakin paytaxt təmsilçisi bu tapşırığın öhdəsindən gələ bilməyib  Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

 

Əvəzedicilərin yarışında turnir cədvəlinə 46 xalla "Səbail" başçılıq edir. Eyni xala malik olan "Qəbələ" ikincidir.39 xalı olan "Zirə" üçüncüdür. "Sumqayıt" isə 30 xalla altıncı pillədə qərarlaşıb.

 

Əvəzedicilərin çempionatı, 25-ci tur

30 aprel

 

"Sumqayıt" - "Səbail" 1:1

Qollar: Elvin Nəsibov, 75 - Asif Mirili, 66.

 

28 aprel

 

"Zirə" - "Qarabağ" 2:0

Qollar: Müşfiq İlyasov, 18. Milad Bayramov, 53.

 

29 aprel

 

"Qəbələ" - "Kəpəz" 0:0

 

"Keşlə" - "Neftçi" 0:2

Qollar: Qədir Bayramov, 65; 78.

Tarix: 30 Aprel [18:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio