Ronaldo: "Neymarın "Real"a transferi mümkün deyil"

18:03 - 1 May 2018

Braziliya millisinin və "Real"ın sabiq futbolçusu Ronaldo PSJ-nin futbolçusu Neymarın "kral klubu"na keçəcəyi ilə bağlı transfer iddialarına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, sabiq hücumçu bu transferin imkansız olduğunu deyib:

 

"PSJ Neymar üçün böyük məbləğ xərcləyib. Pula ehtiyac duyduqları üçün onun staılacağını düşünmürəm. "Real" yüksək təklif göndərsə belə, qəbul ediləcəyini düşünmürəm. Hazırda Neymarın "Real"a transferi mümkün deyil. Hələ o, çox gəncdir, qarşıda illəri var. Bəlkə də gələcəkdə bu transfer reallaşa bilər".

 

Ronaldo "Real"ın hücumçusu Kərim Benzemanın ayrılacağı xəbərlərinə münasibət bildirb:

 

"Hamımız Benzemadan razıyıq. Amma yayda klubun planları haqda xəbərimiz yoxdur. Bəlkə də prezidentimiz Florentino Peres sürpriz etdi".

 

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib.

Xəbər xətti