Premyer Liqanın yeni sakini İstanbul klublarının futbolçularına göz dikdi

18:46 - 1 May 2018

İngiltərə Premyer Liqasına vəsiqəni təmin edən "Vulverhempton" transfer fəaliyyətinə start verib.

 

Sportal.az xəbər verir ki, komanda Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparan "Başakşəhər"in vingeri Elyero Elia üçün təklif göndərəcək. "Vulverhempton" 31 yaşlı hollandiyalı futbolçu üçün İstanbul klubuna 1,7 milyon avro təklif edəcək. 

 

İngiltərə mətbuatının məlumatına görə, klubun sponsoru olan Çinin "Fosun International" şirkəti transferlərə xeyli büdcə ayıracaq. "Vulverhempton" "Beşiktaş"da forma geyinən, müqavilə ilə "Benfika"ya məxsus olan Anderson Taliska üçün də hərəkətə keçib.

Xəbər xətti