Zinəddin Zidan: "Titulumuzu qorumaq istəyirik"

10:28 - 2 May 2018

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra aıçqlama verib.

 

Sportal.az xəbər verir ki, finala qədər 3 böyük komandanı mübarizədən kənarlaşdırdıqlarını vurğulayıb:

 

"Çox böyük bir komandanı mübarizədən kənarlaşdırdıq. "Yuventus"la PSJ də elə bir kollektiv idi. Xoşbəxtik, çünki üç böyük komandanı çətinlik çəkməyimizə baxmayaraq, məğlub etdik. "Yuventus"la matçda da rəqibin təzyiqi ilə üzləşmişdik. Ancaq istədiyimizə sonda nail olmuşduq. Bu matçda da rəqib son saniyəyə kimi mübarizə apardı. Ardıcıl 3-cü dəfə turnirin finalında oynamaq qeyri-adi bir şeydir. Titulumuzu qorumaq istəyirik".

 

Zidan Keylor Navasla Kərim Benzema haqda xoş sözlər səsləndirib:

 

"Benzema üçün çox şadam. Həqiqətən də fərq yaradan oldu. Navas isə qurtarışları ilə bizi xilas etdi".

Xəbər xətti