Marselodan etiraf: "Penalti idi"

11:18 - 2 May 2018

"Real"ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Bavariya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdən sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi oyunun ilk hissəsinin sonlarında yaranmış mübahisəli epizodu şərh edib. Marselo bildirib ki, həmin epizodda penalti olmalı idi: "Top həmin anda əlimə dəydi. Fikrimcə, penalti var idi".

 

Qeyd edək ki, iki oyunun nəticəsinə görə, "Real" finala adlayıb.

 

Image may contain: 1 person, playing a sport and text

Xəbər xətti