AFFA “Qaradağ Lökbatan”la “Şüvəlan”ı cərimələdi

14:23 - 2 May 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Zaqatala” – “Şüvəlan” matçında “Şüvəlan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

“Qaradağ Lökbatan” – “Xəzər” matçında “Qaradağ Lökbatan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Xəbər xətti