Riçard Qadze "Zirə"ni sevindirdi

16:59 - 2 May 2018

"Zirə" Topaz Premyer Liqasının 26-cı turunda "Səbail"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, “qartallar”ın hücumçusu Riçard Qadze kollektiv məşqlərə qoşulub. Son iki turu zədə səbəbindən buraxan qanalı hücumçu "Səbail"ə qarşı görüşə tam hazır olacaq.

 

Komandanın heyətində Yovan Krneta və Sadio Tounkara isə "Səbail"lə görüşləri buraxmalı olacaq. Adil Nağıyev isə cəzalı durumda olduğu üçün komandasına kömək etməyəcək.

 

Qeyd edək ki, "Səbail" - "Zirə" matçı mayın 5-i, saat 17:00-da baş tutacaq.

Xəbər xətti