"Neftçi"də yeni təyinat

18:23 - 2 May 2018

“Neftçi” PFK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub. 

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyinin qərarıyla bu posta Allahverdiyev Rüstəm gətirilib və mayın 15-dən işinin icrasına başlayacaq.

 

1987-ci il təvəllüdlü Allahverdiyev Rüstəm Əbülfət oğlu, Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın "Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.

Xəbər xətti