"Atletiko"nun müdafiəçisi geri döndü

Mövsümü başa vurduğu söylənilən “Atletiko”nun müdafiəçisi Felipe Luis geri dönüb.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu kollektivlə birgə məşqlərə başlayıb. 32 yaşlı oyunçu Avropa Liqasının yarımfinal mərhələsinin “Arsenal”la baş tutacaq cavab oyununda çıxış edə biləcək vəziyyətdədir.

 

Qeyd edək ki, Luis martın 15-də Avropa Liqasının 1/8 finalında “Lokomotiv”i ilə cavab oyununda zədə almışdı. Klubdan Braziliya millisinin üzvünün mövsümü başa vurduğu açıqlanmışdı.

Tarix: 2 May [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Yanvar 2019
21  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio