Ronaldo: "İnyesta tarixin ən yaxşı ispan futbolçusudur"

01:03 - 3 May 2018

Braziliya millisinin sabiq hücumçusu Ronaldo keçmiş komandası “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanı ən yaxşı ispan futbolçu adlandırıb.

 

Sportal.az xəbər verir ki, veteran forvard mövsümün sonunda Kataloniya klubundan ayrılacağını açıqlayan 33 yaşlı futbolçunun "Qızıl top" mükafatını qazanmağa layiq olduğunu deyib: “Andres İnyesta tarixin ən yaxşı ispan futbolçusudur. O, "Qızıl top"u qazanmağa layiq adi, amma buna möhtac deyil. Bu cür keyfiyyətdə olan ikinci ispan futbolçu xatırlamıram. O, çox şeyi bacarır. Məhz buna görə hamı İnyestanı sevir”.

 

Xatırladaq ki, Ronaldo 1996-97-ci il mövsümündə “Barselona”da çıxış edib. İnyesta isə 1998-ci ildə kataloniya klubunun əsas komandasında debüt edib.

Xəbər xətti