"Liverpul"un futbolçusu penaltilər barədə: "Kimin vecinədir?"

10:58 - 3 May 2018

Çempionlar Liqasının yarımfinalında "Lİverpul" səfərdə ilk görüşdə 5:2 hesabı ilə qalib gəldiyi "Roma"ya uduzub - 2:4. İki görüşün nəticəsinə görə İngiltərə təmsilçisi finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızılar"ın müdafiəçisi Vircil van Dayk oyun haqda və final şansları barədə danışıb. Hollandiyalı müdafiəçi "Roma"nın futbolçuları iki penaltinin verilməməsinə etiraz edirlər. Onlar etiraz etməkdə haqlıdırlar" sualına belə cavab verib: 

 

"Kimin vecinədir? Biz finaldayıq. Hesab mənə maraqlı deyil. Əsas odur ki, finala vəsiqə qazandıq".

 

Qış fasiləsində 78 milyon avroya "Sauthempton"dan "Liverpul"a keçən futbolçu finalın çətin keçəcəyini deyib:

 

"Real" Çempionlar Liqasını dəfələrlə qazanmış komandadır. Onlar haqda çox danışmağa ehtiyac yoxdur. Çətin olacaq. Bizi gözəl final oyunu gözləyir".

Xəbər xətti