Türkiyə Super kuboku Bakıda keçiriləcək?

15:18 - 3 May 2018

"Beşiktaş" klubunun prezidenti Fikrət Orman ölkə kubokunun və Super kubokunun Türkiyədən kənarda keçirilməsinin tərəfdarı olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bir müddət öncə paytaxtımıza səfər etmiş İstanbul klubunun prezidenti reklam üçün belə oyunların kənarda keçirilməsini dəstəkləyib:

 

"Ölkədən kənarda oyunlar keçirilməlidir. Türkiyə kubokunun finalını və Super kubokunu buna aid etmək olar. Reklam işləri üçün vacib amildir".

 

Qeyd edək ki, bu il Türkiyə kubokunun finalı "Diyarbakır" stadionunda keçiriləcək. Super kubok matçının yeri isə açıqlanmayıb. Türkiyə mətbuatında bir müddət əvvəl Bakı variantları yayılmışdı. Gələn mövsüm Avrop Liqasının finalını qəbul edəcək Bakı Olimpiya Stadionunda bu matçın keçirilməsi ehtimalı var.

Xəbər xətti