"Beşiktaş" Fənərbaxça" ilə cavab matçına çıxmadı

Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Beşiktaş” və “Fənərbaxça” arasında baş tutan və yarıda qalan cavab qarşılaşması reallaşmayıb.

 

Sportal.az xəbər verir ki, oyunun mayın 3-də qaldığı yerdən (57-ci dəqiqə) davam etdirilməsi gözlənilirdi. Lakin “Beşiktaş” klubu öncədən də bəyan etdiyi kimi, bu görüşə çıxmaqdan imtina edib. Baş hakim Mete Kalkavan matçı təxirə salıb.

 

Oyunla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək.

Tarix: 4 May [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2018
20  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio