PSJ-nin futbolçusu mövsümü başa vurdu

14:29 - 4 May 2018

PSJ-nin yarımmüdafiəçisi Marko Veratti sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi qasıq nahiyəsindən əməliyyat olunub. Bu səbəbdən də o, mövsümün sonunadək komandasına kömək edə bilməyəcək. O, yeni mövsümə hazır olacaq.

 

Qeyd edək ki, Veratti bu mövsüm PSJ-nin heyətində 38 oyuna 2 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti