Rəşad Sadıqovdan ayrılıq qərarı

15:35 - 4 May 2018

"Qarabağ"ın U-19 komandası mövsümü gümüş medallarla başa vurdu.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov artıq bu vəzifədən ayrılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi və əsas komandanın kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

 

Qeyd edək ki, U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.

Xəbər xətti