Serxio Ramos: "Salah sadəcə "Liverpul"un 11 oyunçusundan biridi"

15:50 - 4 May 2018

"Real"ın kapitanı Serxio Ramos ÇL-in finalında qarşılaşacaqları "Liverpul"un hücumçusu Məhəmməd Salah haqda danışıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi Salahdan qorxmadığını deyib:

 

"Salahın nələr edə biləcəyini bu mövsüm gördük. Ancaq o, sadəcə "Liverpul"un 11 oyunçusundan biridi. Karyeram ərzində bir çox möhtəşəm hücumçuya qarşı oynadım. Mənim üçün qorxmaq yoxdu. Hörmət edirəm, amma qorxmuram".

 

Qeyd edək ki, Çempionlar Liqasının finalı 26 may tarixində Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.

Xəbər xətti