2018-ci il dünya çempionatına gedəcək komandaları tanıyaq: Misir

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edəcək Misir millisiylə sizi qısa şəkildə tanış edirik.

 

Misir mundialda hansı qrupda qərarlaşıb?

 

Image result for egypt world cup 2018

 

Məhəmməd Salahın liderliyi ilə Misir 2018-ci il dünya çempionatında A qrupunda Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı ilə birgə yarışacaq.

 

Related image

 

Komandanın qrupdakı oyunlarının tarixi:

 

15 iyun.         16:00. Yekaterinburq. Misir – Uruqvay
19 iyun.         22:00. Sankt-Peterburq. Rusiya – Misir
25 iyun.         18:00. Volqoqrad. Səudiyyə Ərəbistanı – Misir


Baş məşqçi: Hektor Kuper

 

Image result for hector cuper

 

2015-ci ilin mart ayında vəzifəyə gələn Hektor Kuper Misir millisini 31 oyuna çıxarıb (20 qələbə, 4 bərabərlik və 7 məğlubiyyət).

 

Ulduz oyunçu: Məhəmməd Salah

 

Image result for egypt world cup 2018 salah

 

Məhəmməd Salah dünya çempionatında komandasının lideri olacaq. Bu mövsüm "Liverpul"un heyətində fırtına kimi əsən Salah komandanın aparıcı simasıdır.

 

Misirin dünya çempionatı üçün ehtimal 11-liyi.

 

 

Misir neçə dəfə dünya çempionatında iştirak edib?

 

Image result for egypt world cup 1990

 

Misir tarixində iki dəfə dünya çempionatında iştirak edib: 1934; 1990.

 

Misirin dünya çempionatındakı ən böyük uğuru nədir?

 

Image result for egypt world cup 1934

 

Misirin iki dəfə iştirak etdiyi dünya çempionatındakı ən böyük uğuru 1934-cü il dünya çempionatında 1/8 finala yüksəlməsidir. Afrika təmsilçisi Macarıstana 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.

 

Misirin dünya çempionatında ən çox qol vuran oyunçusu kimdir?

 

Image result for abdulrahman fawzi

 

Misirin dünya çempionatın tatixində ən çox qol vuran oyunçusu Abdulrəhman Favzidir. Favzi forma geyindiyi 1934-cü il dünya çempionatında iki qol vurub.

Tarix: 4 May [18:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio