Samir Abasov: "Bundan sonra "Sumqayıt"ın adı daha da yüksələcək MÜSAHİBƏ

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XXVI turunda "Kəpəz"lə səfərdə 1:1 hesabıyla heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az Sport24.az saytına istinadla xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib. 
 
- Hava şəraiti hər iki komandaya bir az mane oldu. Hava həddən artıq isti idi. Bu vaxta oyun salmaq təhlükəli idi. Uşaqlar ilk hissədə boğulmuş kimi görünürdü. Qələbə istəsək də, vacib xalı aparırıq. İstəyimizin nəticəsidi ki, heç olmasa 1 xalı qoparırıq. Bu il belimizə yazılıb ki, axıradək didişəcəyik. İşimiz asan olmayacaq. Son iki oyunumuz evdədi. Düzdü, bu, böyük üstünlük vermir. Çünk i keçən tur öz meydanımızda "Səbail"ə uduzduq. İstənilən halda, avrokubokar üçün sonadək mübarizə aparacağıq.
 
- Son turlarda xal itkilərindən sonrta belə fikirlər səslənir ki, "Sumqayıt" nağılı başa çatmaq üzrədi. Siz bununla razısınız?
- Yox. Əksinə, bundan sonra klubun adı daha da yüksələcək. Çünki bizə bir komanda, bir idman şəhəri kimi baxmağa başlayıblar. Bu gün rəqib futbolçuları oyunun çoxunun yerdə uzanıb keçirirsə, bu, bizimlə matçda 1 xala görə sevindiklərini göstərir. Düzdür, avrokuboklara düşmək "Sumqayıt"a təkan ola bilər. İnanmıram ki, Allah eləməsin, düşməsək belə, nəsə pis dəyişiklik olsun. Hələ ki, "Sumqaytı"dayam. Bundan pis vəziyyətə düşəcəyimizə inanmıram. Çalışacağıq ki, gedən futbolçularımız olsa belə, növbəti mövsümə yaxşı komanda düzəldək. 
 
 

- Havadan başqa sizi narazı salan nə oldu?
- Faciəvi hesab deyil. Görürsünüz ki, çempionatın sonunda 1 xalın dəyəri hara çıxıb. Oyundan da, hesabdan da narazı deyiləm. Futbolda istək yaxşı şeydi. Ancaq bəzi futbolçularımız düzgün oynamırlar. Şükürlər olsun ki, burdan 1 xalla gedirik. 

Tarix: 4 May [18:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio