Eddi İsrafilov şans qazanmadı

12:03 - 5 May 2018

İspaniya Sequndasında 38-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” doğma meydanda “Leonesa” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Eddi qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Alkorkon" geridə qalan turlarda 44 xal toplayıb və hazırda 22 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti