"Zirə" "Səbail"ə qalib gəldi, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi YENİLƏNİB

20:57 - 5 May 2018

Topaz Premyer Liqasında 26-cı turun görüşləri davam edir.

 

Sportal.az xəbər verir ki, turun iki oyunu bu gün keçiriləcək. Əvvəlcə meydana “Zirə”ylə “Səbail” çıxacaq. Avropa Liqasına getmək şansını hələ də saxlayan “Zirə” qələbə qazanmaq üçün var gücüylə mübarizə aparmalıdı. Amma Ayxan Abbasovun komandasının 11 turdu qələbəyə həsrət qalması da çox şeydən xəbər verir.

 

“Qəbələ” isə “Keşlə” ilə görüşdə qələbə qazanmaqla 2-ci pilləni - gümüş medalları özü üçün təmin edə bilər. Bu komandalar ölkə kubokunun finalında da qarşılaşacaqlar. Bugünkü oyun həm də bu baxımdan maraq doğurur.

 

Turun son matçı sabah keçiriləcək və çempionluği rəsmiləşdirən “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək.

 

17:00 “Səbail” – “Zirə” 0:1

QOL: Müşfiq İlyasov, 15
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”

 

19:00 “Qəbələ” – “Keşlə” - 1:1
Qol:
Stiven Monroz, 31 Slavik Alxasov, 11

Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu

Xəbər xətti