Samir Əliyev: "Müəyyən islahatlar aparacağıq" MÜSAHİBƏ

19:50 - 5 May 2018

"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXVI turunda "Zirə"yə evdə 0:1 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az Sport24.az saytına istinaadən xəbər verir ki, gənc çalışdırıcı əvvəlcə qarşılaşma haqda düşüncələrini bölüşüb.

 
- Havanın isti keçməsinə baxmayaraq, hər iki komanda yaxşı oynadı. Maraqlı futbol izlədik. Məğlub olmaq istəmirdik. Həm evdə oynayırdıq, həm də "Zirə" neçə oyundu udmurdu. Futbolda yaratdığın qol vəziyyətlərdən istifadə etmirsənsə, udmaq şansın azdı. Əlimizə düşən imkanlardan yararlanmadıq. Rəqib isə bizim səhvdən sonra qolunu vurdu, üstünlüyünü sonadək qorudu. Futbolçularımdan narazlığım yoxdu. Nələri vardı, ortaya qoydular. Artıq nəsə tələb etmək olmur.
 
- Maraqlıdı ki, "Zirə" son qələbəsini məhz "Səbail" üzərində elə bu arenada 1:0 hesabıyla qazanmışdı...
- Nə deyim, bu, futboldu, Qismət belə imiş. Oyuna görə uduzmadıq. Qarşıda iki tur var. Həmin matçlara da yaxşı hazırlaşmalıyıq. Mövsümün sonudu, qızğın mübarizə gedir.
 
- Növbəti mövsümə heyəti müəyyənləşdirimisiniz?
- Kim daha hazırlıqlı, daha yaxşı formadadırsa, onlara şans verməyə çalışırıq. Mövsümün bitmısinə hələ 2 oyun var. Bundan sonra rəhbərliklə müzakirələr aparıb ona uyğun qərar verəcəyik. Müəyyən islahatlar aparacağıq. Deyə bilmərəm ki, gedənlər çox və ya az olacaq.
 
- İcarədə olan futbolçularınız var. Onların taleyi necə olacaq?
- Danışıqlar gedir. İstəyirik ki, bizdə icarədə oynayan futbolçuları saxlayaq.
 
- "Səbail" üçün mübarizə çoxdan bitib. Maraqlıdı ki, komandanı oyunlara necə motivasiya edirsiniz?
- Futbolçuların çoxunun klubla müqavilələri bitir. Hər kəs istəyir ki, anlaşmasını uzatsın, yeni müqavilə şərtləri daha yaxşı olsun. Əlbəttə, indi motivasiya pik nöqtədə olmur. Futbolçularda yorğunluq var. Xüsusilə də psixoloji planda. İstəyirlər ki, tez istirahətə getsinlər. Çalışırıq ki, son oyunlarda da yaxşı mübarizə aparsınlar. Fikrimcə, bu baxımdan problem yoxdu.
 
- Qış fasiləsinədək olan "Səbail"i indiki komandayla necə müqayisə edərdiniz?
- Müqayisə etmək istəmirəm. O vaxt başqa sistem idi, indi başqa. Üstəlik, heyətdə dəyişiklər olub, yeni futbolçular gəlib. Yaxşı təcrübə qazandıq. Komandanı formalaşdırmaq üçün yaxşı yol qət etdik. İki turdan sonra gələcək planlarımız bilinəcək. 

Xəbər xətti