"Qəbələ"dən ayrılacaq ilk futbolçu məlum oldu

20:03 - 5 May 2018

Mövsümün sonunda "Qəbələ"ni tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Famussa Kone "qırmızı-qaralar"ın sıralarını tərk edəcək. "Qəbələ" 24 yaşlı forvard üçün müqavilə ilə məxsus olduğu Türkiyənin "Göztəpə" klubuna müraciət etməyəcək.

 

Mövsümün əvvəlində "Qəbələ"yə icarəyə verilən malili futbolçu Premyer Liqada 21 oyuna 6 qol vurub.

Xəbər xətti