Vyana “Qarabağ”ından növbəti qələbə

13:20 - 6 May 2018

Avstriyanın Şərq Regional Liqasında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı doğma meydanda “Ebraysdorf”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana çıxıb və sonadək oynayıblar.

 

“Qarabağ” hazırda 50 xalla 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti