Aleks Ferqyuson əməliyyat olundu

14:08 - 6 May 2018

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ser Aleks Ferqyuson əməliyyat edilib.

 

Sportal.az xəbər verir ki, əfsanəvi mütəxəssisin beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilib. “Mançester Yunayted” klubunun yaydığı məlumata görə, əməliyyat uğurlu keçib. Amma 76 yaşlı şotlandiyalı mütəxəssis bir müddət reanimasiyada saxlanılacaq.

 

Xatırladaq ki, Ferqyuson 1986-2013-cü illər aralığında “Mançester Yunayted”in baş məşqçisi olub. “Qırmızı şeytanlar” əfsanəvi məşqçisinin rəhbərliyi altında 13 dəfə İngiltərə çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə Federasiya Kubokunun, 4 dəfə Liqa Kubokunun qalibi olub.

Xəbər xətti