"Neftçi"nin futbolçusu Yunanıstan, İsrail və Türkiyə klublarının hədəfində

16:23 - 6 May 2018

“Neftçi”nin müdafiəçisi Kirill Petrov mövsüm başa çatan kimi klubdan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda “ağ-qaralar”la müqaviləsi başa çatan 27 yaşlı futbolçunun xidmətində adı açıqlanmayan Yunanıstan komandası, Türkiyənin “Giresunspor” və İsrailin “Hapoel” (Tel-Əviv) klubları maraqlıdır. Ukrayna mətbuatında yer alan xəbərə görə, “Neftçi” Petrovla müqaviləni yeniləməyə müsbət baxır. Ancaq ukraynalı müdafiəçi qərarını verməyib.

 

Qeyd edək ki, Petrov ötən il Donetsk “Olimpik”indən “Neftçi”yə transfer olunub. Kiyev "Dinamo"sunun yetirməsi Ukraynanın bütün aşağı yaş qrupları üzrə millilərində oynayıb.

Xəbər xətti