Premyer Liqaya vəsiqə qazanan ikinci komanda məlum oldu

20:54 - 6 May 2018

Yeni mövsüm üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Uels təmsilçisi “Kardiff Siti” Çempionşipi 90 xalla ikinci pillədə başa vurmaqla "Vulherhempton"un ardından bu hüqua yiyələnib.

 

“Kardiff Siti” 4 illik fasilədən sonra yüksək liqaya qayıdır.

 

Liqaya sonuncu – üçüncü vəsiqənin sahibi isə “Fulhem” -  “Derbi Kaunti” və “Midlsbro” - “Aston Villa” komandalarının pley-off matçlarından sonra müəyyənləşəcək.

Xəbər xətti