Əsgərov dubla imza atdı, komandası altı qola sevindi

10:07 - 7 May 2018

Latviya Birinci Liqasında 3-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Auda” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 6:0.

 

Vüqar start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Əsgərov 64 və 72-ci dəqiqələrdə rəqib qapısına yol tapıb və yeni mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.

 

“Dauqavpils” üç turdan sonra 9 xalla daha bir komanda ilə birgə zirvəyə şərikdi.

Xəbər xətti