Pavel Paşayev oynadı, komandası qalib gəldi

10:30 - 7 May 2018

Ukrayna çempionatında 30-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda “Zirka” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 39 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti