Araz Abdullayevli “Anortosis”dən qələbə

10:42 - 7 May 2018

Kipr çempionatında 35-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Nikosiya “Omoniya”sı ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Araz start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

Geridə qalan turlarda 69 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.

Xəbər xətti