Maksim Medvedevə qırmızı vərəqə göstərən hakim finalı idarə edəcək

14:54 - 7 May 2018

Çempionlar Liqasının "Real" - "Liverpul" final matçının hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçı Serbiya Futbol Federasiyasından Milorad Maziç idarə edəcək. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç kömək edəcəklər. Nenad Cokiç və Danilo Qruyiç əlavə köməkçi hakim təyin ediliblər. Fransalı Klemen Topren isə ehtiyat hakim olacaq.

 

Mayın 26-da Kiyevdə keçiriləcək həlledici qarşılaşma Bakı vaxtı ilə 22:00-da baş tutacaq.

 

Əlavə edək ki, Milorad Maziç 2010-cu ildə ÇI-in II təsnifat mərhələsində keçirilən "Lex" (Polşa) - "İnter" (Azərbaycan) matçını idarə edib. Həmin oyunda "İnter" qələbə qazansa da (1:0), penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırmışdı.

Bundan əlavə, Maziç DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan - Rusiya (1:1) matçını idarə edib. Serbiyalı referi həmin görüşdə Maksim Medvedevə qırmızı vərəqə göstərmişdi.

Xəbər xətti