Millimizin üzvünün baş məşqçisi qərarını dəyişdi

15:54 - 7 May 2018

Ümit Özat Türkiyənin "Gənclərbirliyi" klubunun baş məşqçi postundan ikinci dəfə ayrılıb.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis qərarını Superliqanın XXXII turunda evdə "Antalyaspor"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlayıb. O, azarkeşlərin söyüşlərinə cavab olaraq bu addımı atdığını bildirib.

 

Lakin Özat bu qərarını yenidən dəyişib. Mütəxəssis komandaya geri dönərək işinə davam edəcəyini bəyan edib.

 

Hazırda 30 xala malik Ankara komandası Super Liqada 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Komanda qalan 2 turda I Liqaya enmə təhlükəsindən qurtulmaq üçün ən azı 5 xal toplamalıdır.

 

Qeyd edək ki, "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir.

Xəbər xətti