Fatih Terim təzminat davasında federasiyaya qalib gəldi

17:17 - 7 May 2018

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə Türkiyə Futbol Federasiyasının (TFF) məhkəməsində yekun qərar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, məhkəmə 65 yaşlı mütəxəssisin TFF-yə qarşı təzminat tələbini təmin edib. Federasiyanın mütəxəssisə 9 milyon 324 lirə təzminat ödəməsi hökmü çıxarılıb.

 

Qeyd edək ki, ötən il iyulun 26-da TFF millinin baş məşqçisi olan Terimlə müqaviləni birtərəfli ləğv etmişdi.

Xəbər xətti