Azərbaycan - Qırğızıstan oyununun biletləri satışa çıxır

18:53 - 7 May 2018

Mayın 29-da keçiriləcək Azərbaycan və Qırğızıstan yığmaları arasında yoxlama oyununun biletləri mayın 8-də satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Biletlərin qiymətini diqqətinizə çatdırırıq:

 

1-ci kateqoriya - 1 AZN

VİP - 10 AZN

Satış nöqtələri:

ASAN 1 - Həsən Əliyev küç.36

ASAN 2 - Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə

ASAN 3 - Abbas Mirzə Şərifzadə 157

ASAN 4 - Sülh 197, Bakıxanov, Sabunçu

ASAN Sumqayıt - 15-ci məhəllə 42d

28 Mall - 28 May küçəsi, 2-ci mərtəbə

Gənclik Mall - Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə

Köşk 1 - Sahil m. M.Rəsulzadə 3

Köşk 2 - Bül-bül prospekti, Nizami küç.

Köşk 3 - Üzeyir Hacıbəyov küç.69x

Heydər Əliyev Sarayının kassası - Bül-Bül pr.35

Qeyd edək ki, sözügedən oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Xəbər xətti