"Qarabağ" "Neftçi"ni darmadağın etdi

00:06 - 8 May 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 26-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, tura bu gün keçirilən "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulub. Qarşılaşma Ağdam təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib - 5:1. 

 

Əvəzedicilərin yarışında turnir cədvəlinə 49 xalla "Səbail" başçılıq edir. Eyni xala malik olan "Qəbələ" ikincidir. "Zirə" 39 xalla üçüncü, "Qarabağ" isə 38 xalla dördüncü yerdə qərarlaşıb.

 

Əvəzedicilərin çempionatı, 26-cı tur

5 may

 

"Kəpəz" - "Sumqayıt" 0:2
Qollar:
Elvin Nəsibov, 60; 74.

 

6 may

 

"Qəbələ" - "Keşlə" 1:0
Qol:
Hacıağa Hacılı, 36.

 

"Səbail" - "Zirə" 3:0

Qollar: Ürfan İsmayılov, 52. Xaliq İbrahimov, 56. Emil Həsənzadə, 60.

 

7 may

 

"Qarabağ" - "Neftçi" 5:1

Qollar: Cavid Bayramov, 30; İbrahim Əliyev, 40; Famil Camalov, 59; Aslan Bədəlzadə, 60; Ruslan Hacıyev, 87 - Qədir Bayramov, 8

Xəbər xətti