Muradov oynamadı, "Slaviya" məğlub oldu

10:51 - 8 May 2018

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi doğma meydanda “Trineç”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Rövlan bu görüşün iştirakçısı olmayıb. Ötən tur zədə alan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

 

“Slaviya” hazırda 9 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti