Bezotosnı "Qəbələ"dən ayrılır?

11:27 - 8 May 2018

"Qəbələ"nin qolkiperi Dmitri Bezotosnının klubla müqaviləsi mövsümün sonunda başa çatır.

 

Sportal.az-ın məlumatına görə, 34 yaşlı futbolçunun "qırmızı-qaralar"dan ayrılmaq ehtimalı var. Bölgə təmsilçisi ukraynalı əlcək sahibini daha bir mövsüm komandada saxlamaq istəyir. Lakin Dima son qərarını verməyib. İllərin təcrübəsi Ukraynaya dönmək planlarını da düşünür.

 

Qeyd edək ki, Bezotosnı 2015-ci ildən "Qəbələ"də çıxış edir. O, "Çernomorets"dən heyətə cəlb edilmişdi.

 

"Qəbələ" təcrübəli "çərçivə qoruyucu"sunun karyerası ərzində ən çox oyun keçirdiyi komandadır (94).

 

Xəbər xətti