Şenol Günəşdən ayrılıq açıqlaması

Türkiyə Super Liqasında çempionluq şansını möcüzəyə saxlayan "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşlə yolları ayıracağı ilə bağlı xəbərlər dolaşırdı.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu şayiələrə münasibət bildirib. 65 yaşlı çalışdırıcı komandanın "sükanı arxası"nda qalacağını deyib:

 

"Beşiktaş"la bir illik müqaviləm var, amma bu, önəmli deyil. Azarkeşlərimiz "get" demədiyi müddətə kimi klubdayam. Xarakterim, yolum bəllidir".

 

Qeyd edək ki, Şenol Güneş ötən gün Super Liqanın 32-ci turunda "Kayserispor"a qalib gəldikləri görüşdə "Beşiktaş"ın baş məşqçisi kimi komandasını 100-cü oyuna çıxarıb. Günəş 2015-ci ildən "qara qartallar"ı çalışdırır.

Tarix: 8 May [11:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio