Sezar Meza Kolli "Keşlə"dən ayrılır?

14:05 - 8 May 2018

Topaz Premyer Liqasında cari mövsümün qış fasiləsindən sonra ən uğurlu komandalarında biri də "Keşlə"dir. Paytaxt klubu Yuri Maksimovun rəhbərliyi altında çempionatda xallar qazandı və həmçinin, ölkə kubokunun finalına vəsiqə qazanıb.

 

Sportal.az-ın məlumatına görə, komandaya qış transfer pəncərəsində qoşulan Sezar Meza Kolli "Keşlə"nin əsas fiqurudur. Paraqvaylı yarımmüdafiəçinin müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Komandanın liderlərindən olan futbolçunu klub rəhbərliyi heyətdə saxlamaq niyyətindədir. Lakin yarımmdüafiəçi daha yaxşı şərtlərlə yeni sazişə qol çəkməyi düşünür.

 

Sezar Meza Kollinin sərfəli təklifləri də var. Bu səbəbdən də onun "Keşlə"dən ayrılmaq ehtimalı böyükdür.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu ölkəmizdə "Keşlə" ilə yanaşı, "Zirə"nin də formasını geyinib.

 

via GIPHY

 

Xəbər xətti