Dario Federikonun arzusu

14:41 - 8 May 2018

Qış fasiləsində "Kəpəz"ə geri dönən Dario Federiko öz formasını tam olmasa da, bərpa edə bilib. Mövsümün sonuna qədər Gəncə klubu ilə müqaviləsi olan braziliyalı vinger klubdan ayrılacaq.

 

Sportal.az-ın məlumatına görə, 26 yaşlı futbolçu ölkəmizi avrokuboklarda təmsil edəcək klubların birində çıxış etmək istəyir.

 

Hazırda Topaz Premyer Liqasında avrokuboklar uğrunda "Neftçi", "Zirə" və "Sumqayıt" mübarizə aparır. "Keşlə" isə ölkə kubokunun finalında qalib gəlsə, Avrpoa Liqasında ölkəmizi davam etdirəcək. Darionun avrokuboklara vəsiqəni təmin etmiş "Qarabağ" və "Qəbələ"yə keçidi real görünmür.

 

Müəyyən təkliflər alan oyunçu avrokuboklara yollanacaq komandaların dəqiqləşməsini gözləyir.

 

Qeyd edək ki, Dario ötən yay Cənubi Koreyanın "Seoqnam" klubuna keçmişdi. Asiyada karyerası uğursuz alınan futbolçu "Kəpəz"ə qış fasiləsində dönüb.

Xəbər xətti