İspaniyada baş məşqçi istefası

15:58 - 8 May 2018

İspaniya La Liqasında baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, “Leqanes”in baş məçqçisi Asyer Qaritano tutduğu postu tərk edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

 

48 yaşlı mütəxəssis 2013-cü ildən “Leqanes”in “sükanı arxasında” idi. Komanda ispaniyalı məşqçinin rəhbərliyi altında cari mövsümdə 40 xalla 17-ci pillədə qərarlaşıb.

 

“Leqanes” son turda evdə “Levante”yə böyük hesabla uduzsa da (0:3), mövsümün bitiminə 2 tur qalmış La Liqadakı yerini təmin edib.

Xəbər xətti