"Rüfət növbəti mövsüm azı 15 qol vuracaq"

17:55 - 8 May 2018

Almaniyanın III Liqa klublarından "Şportfroynde"nin baş məşqçisi Andreas Qolombek açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, buyaxınlarda sözügedən çempionatın digər təmsilçisi "Proyssen"lə müqavilə bağlayan Azərbaycan yığmasının sabiq üzvü Rüfət Dadaşovu transfer etməyə yaxın olduqlarını, ancaq bunun baş tutmaığını deyib:

 

"Mən Rüfəti komandamda istəyirdim. Ona zəng edib, ilyarımlıq müqavilə təklif etmişdim. Rüfət üçün 5 rəqəmli maaş düşünürdük. Ancaq o, "Proyssen"ə keçməyi seçdi. Sizə zəmanət verirəm, Rüfət növbəti mövsüm azı 15 qol vuracaq. Əsl komanda oyunçusudu, çalışqandı və qətiyyən özündənrazılığı yoxdu".

 

Hazırda zədəli olan Dadaşov bu mövsüm Berlin "Dinamo"sunun heyətində Regional Liqada 23 qol vurub.

Xəbər xətti