Premyer Liqanı tərk edən ikinci komanda məlum oldu

10:14 - 9 May 2018

İngiltərə Premyer Liqasını tərk edən ikini komanda müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Vest Bromviç Albion” Çempionşipə düşüb. 31-ci turdan təxirə salınmış oyunda “Suonsi Siti”yə 1:0 hesabıyla qalib gələn “Sauthempton” Premyer Liqada qalmaq uğrunda vacib 3 xal əldə edib. Bu oyunun nəticəsinə görə “Vest Bromviç” “Stok Siti”nin ardından elitanı tərk edən komanda olub.

 

Son turda “Sauthempton” (36 xal), “Haddersfild” (36 xal) və “Suonsi Siti”nin (33 xal) taleyinə aydınlıq gələcək.

Xəbər xətti