"Qalatasaray" portuqaliyalı müdafiəçiyə təklif göndərdi

11:11 - 9 May 2018

Türkiyə Super Liqasında mövsümün sonuna 2 tur qalmış çempionluq uğrunda yarışda rəqiblərindən bir addım öndə olan "Qalatasaray"la bağlı Fransa mətbuatında iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, Avropada "Portu" forması ilə tanınan, 2015/16 mövsümündən etibarən "Marsel"də çıxış edən Rolandonun "Qalatasaray"ın hədəfində olduğu haqda məlumatlar yayılıb. "RM Sport"un xəbərinə görə, mövsümün sonunda müqaviləsi başa çatan və yeni saziş təklifi almayan futbolçunun komandadan ayrılacağı ehtimalı böyükdür. Portuqaliyalı müdafiəçiyə "Qalatasaray"in ilk təklifini göndərib.

 

32 yaşlı müdafiəçi bu mövsüm "Marsel"də 45 oyuna çıxıb.

Xəbər xətti