Rza Məmmədov İsveçrə - İngiltərə matçına təyinat aldı

14:42 - 9 May 2018

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı hakim A qrupunun İsveçrə - İngiltərə qarşılaşmasında iş başında olacaq. Qarşılaşma mayın 10-u Bakı vaxtı ilə saat 22.00-da keçiriləcək. Oyunun baş hakimi Rumıniya Futbol Federasiyasından Fesnik Horatiu Mircea olacaq.

 

Hazırda A qrupunda lider olan İngiltərənin 6 xalı var. Üç xalı olan İtaliya və İsveçrə 2, 3-cü yerləri bölüşürlər. Qrup sonuncusu İsrail isə xalsızdır. Sabah keçiriləcək qarşılaşmalardan sonra qrupdan növbəti mərhələyə çıxacaq iki komananın adı məlum olacaq.

Xəbər xətti