"Real"ın 6 futbolçusu "Sevilya"ya qarşı oynamayacaq

Bu gün İspaniya La Liqasının 34-cü turundan təxirə salınmış görüşdə “Sevilya”nın qonağı olacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan ciddi əhəmiyyət kəsb etməyən səfər görüşündə bir neçə aparıcı oyunçusuna şans verməyəcək.

 

Sportal.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Əndəlus təmsilçisi ilə matçın iştirak ərizəsinə qapıçı Keylor Navas, yarımmüdafiəçilər Toni Kroos, İsko və Luka Modriç, həmçinin, hücumçular Kriştiano Ronaldoyla Qaret Beylin adını daxil etməyib.

 

“Sevilya” - “Real” görüşü bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Tarix: 9 May [16:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2018
19  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio