Almaniyalı futbolçu "Lester Siti"dən ayrılacaq

15:56 - 10 May 2018

İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Siti”nin mövsümün sonunda yollarını ayıracağı ilk futbolçu bəlli olub.

 

Sportal.az xəbər verir ki, almaniyalı müdafiəçi Robert Hutla başa çatacaq müqavilə yenilənməyəcək. 2015-ci ildən “tülkülər”də çıxış edən 33 yaşlı oyunçu azad agent statusuna yiyələnəcək.

 

Almaniya millisinin sabiq üzvü "Çelsi", "Midlzbro" və "Stok Siti" klublarının da formasını geyinib.

Xəbər xətti