Region Liqası: Pley-off oyunlarının vaxtı açıqlandı

16:22 - 10 May 2018

AFFA-nın təşkil etdiyi Region Liqasında qrup mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, mayın 12-də və 13-də pley-off oyunları keçiriləcək. Qalib komandalar yarımfinala yüksələcək. Bu mərhələnin digər iştirakçısı isə Naxçıvan komandası olacaq.

 

Pley-off oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
Alyan CFR - Füzuli
12 may. Ağsu şəhər stadionu. Saat 14:00
 
Şağan (Bakı)  - Uğur (Sumqayıt)
12 may. Bayıl Arena. Saat 17:00
 
Energetik (Mingəçevir) - Şəki
13 may. Qəbələ rayonu, Hacıalı kənd stadionu. Saat 12:00

Xəbər xətti